Ötən il Rusiyada yemək və paltar almağa imkanı olmadığını bəyan edənlərin nisbəti 17 faiz olub.
Hafta.az-ın yazdığına görə, Ali İqtisadiyyat Məktəbi VŞE-nin araşdırmasına dair məlumat verən “İzvestiya” qəzeti bu göstəricinin 2019-cu ilə nisbətən 6 pillə azaldığını yazır.
Bütün ailə büdcəsini yeməyə sərf etməli olduqlarını bəyanlayan Rusiya vətəndaşlarının nisbəti də 10 faizə qalxıb. Gəlirinin üçdə ikisini ərzaq məhsulları almaq üçün istifadə edənlərin nisbəti 15 faizdir.
Ən pis seqment 60 yaşdan yuxarı olanlardır. Bu qrupda ərzaq məhsulları, paltar və ya ayaqqabı almağa imkanı olmadığını bəyan edənlərin nisbəti 27 faizə qədər yüksəlir.
RANHİGS-dən Nikolay Kulbaka yoxsulluq göstəricilərinin əvvəlki illərlə müqayisədə yaxşılaşmasını bir tərəfdən dövlət yardımının qismən artması, digər tərəfdən isə bir çox insanın tədqiqatçılarla danışmaq istəməməsi ilə əlaqələndirir. Kulbaka onu da bildirib ki, yoxsullardan fərqli olaraq dövlətdən dəstək ala bilməyən orta təbəqə diqqətəlayiq bir tendensiya olaraq daralmağa davam edir.