Rusiya vətəndaşlığının alınması sadələşdirilir

15:49 24.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlığının alınması proseduru sadələşdirən qanunu imzalayıb.

Hafta.az-ın məlumatına görə, yeni dəyişikliklərə əsasən, əcnəbi şəxs Rusiya vətəndaşlığını almaq istəyərkən mövcud vətəndaşlığından imtina ərizəsi yazmaya bilər.

Bundan başqa, Rusiya ərazisində azı 3 il yaşamaq və vətəndaşlığı olmayan şəxslər üçün qanuni gəlir mənbəyinin göstərilməsi tələbləri də yığışdırılıb.