Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər

13:22 21.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da müzakirə aparacaqlar.

Hafta.az-ın TASS-a istinadən məlumatına görə, danışıqlar ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahədəki işi ilə bağlı geniş məsələlərə həsr ediləcək.

S.Lavrov və H.Şmid eyni zamanda aktual ümumavropa problemləri, ATƏT-in cari fəaliyyəti və təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını müzakirə etməyi planlaşdırırlar.

Oxunma sayı 1072