Rusiya yenidən BMT-nin BTİ Şurasına seçiləcəkmi?

08:47 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva süni intellekt, metakainat və böyük məlumatlar da daxil olmaqla, ən yeni rəqəmsal texnologiyaların öyrənilməsi və tətbiqini fəal şəkildə dəstəkləyir, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maraqlarına diqqət yetirir.

Hafta.az xəbər verir ki, bunu Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Qriqori Borisenko Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının yüksəksəviyyəli plenar sessiyasında çıxışı zamanı bildirib.

O, qeyd edib ki, ölkəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) analitik fəaliyyətinə, o cümlədən İKT inkişaf indeksi nəşrinin bərpasına əhəmiyyətli töhfə verir. Nazir müavini ümid edib ki, Rusiya rəqəmsal bərabərliyin və texnoloji əməkdaşlığın inkişafı üzrə işi davam etdirmək üçün yenidən BTİ Şurasına seçiləcək.

Rusiya nümayəndəsi kosmik fəaliyyətin dayanıqlı inkişafının vacibliyini vurğulayaraq qeyd edib ki, Moskva dövlətlərin kosmosa bərabər çıxışını təmin etmək məqsədilə orbit resursunun istifadə olunmayan peyklərdən və spekulyativ müraciətlərdən azad edilməsinin tərəfdarıdır.