Rusiyada beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb

17:51 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddətini uzadıb.

Hafta.az-ın verdiyi məlumata görə, “Rosaviasiya" koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların məhdudlaşdırılması haqqında qərarın müddətini avqustun 1-nə kimi uzadıb. 

Federal Agentlik ölkənin hava limanlarına və aviaşirkətlərə teleqram göndərib. Həmin teleqramda xarici ölkə vətəndaşlarının Rusiyaya girişinə qadağının müddətinin uzadılması öz əksini tapıb.

Oxunma sayı 2508