Yazını böyüt
Yazını kiçilt
Ötən gün Rusiyada 8779 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Gün ərzində 174 xəstə vəfat edib, 8367 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 502 min 436 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 261 min 150 xəstə sağalıb, 6532 pasiyent vəfat edib.
Ötən gün yoluxanların 1436 nəfəri Moskva sakinidir. Bütövlükdə Rusiya paytaxtında 201 min 221 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 82 min 314 xəstə hazırda müalicə alır.