Rusiyada çoxuşaqlı ailələr üçün ictimai nəqliyyat pulsuz oldu

17:34 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın paytaxtı Moskva şəhərində çoxuşaqlı ailələrdə həm valideynlər, həm də onların uşaqları (18 yaşına çatmamış) artıq həm paytaxtda, həm də Moskva vilayətində ictimai nəqliyyatdan pulsuz istifadə biləcəklər.

 

Müvafiq sazişi Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov imzalayıblar.

 

“Paytaxtda çoxuşaqlı ailələr (həm valideynlər, həm də onların 18 yaşına çatmamış uşaqları) həm Moskvada, həm də Moskva vilayətində ictimai nəqliyyatda pulsuz istifadə edə bilərlər. Ümumilikdə paytaxtda 191 minə yaxın çoxuşaqlı ailə yaşayır. Siz Moskvada pulsuz səyahət üçün “Mənim sənədlərim” mərkəzlərində kartınızı əldə edə bilərsiniz”-deyə, məlumatda vurğulanıb.

Oxunma sayı 126