Rusiyada daha 52 nəfər koronavirusa yoluxub

17:51 19.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı artıb.

Bu barədə operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, Rusiyada daha 52 nəfər koronavirusa yoluxub. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 199-a çatıb.

 Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada 79 yaşlı qadın koronavirusdan həyatını itirib.