Yazını böyüt
Yazını kiçilt
Yaxın keçmişədək rus restoranlarında ən çox sevilən italyan mətbəxi yerini gürcü yeməklərinə verməyə başlayıb.
Hafta.az-ın Franshiza.ru-ya istinadən yazdığına görə, 2023-cü ilin yanvar-may ayları arasında Rusiyada gürcü restoranlarının françayzinqinin açılması üçün edilən müraciətlərdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım olub.
Məlumata görə, bu gün yalnız Moskvada və ətraf rayonlarda təxminən 900 kafe və restoranda, eləcə də 223 fast-fud məntəqəsində gürcü yeməkləri verilir.
Beləliklə, ölkədə ilk dəfə olaraq gürcü mətbəxinə tələbat italyan mətbəxini üstələyib.
Rusiyada kafe və restoranlarda italyan mətbəxinin payı 41 faizdən 33 faizə enərkən, gürcü mətbəxində bu nisbət 24 faizdən 32 faizə yüksəlib.