Rusiyada komaya düşən Vətən müharibəsi qazisi vəfat etdi

13:53 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl Rusiyaya işləmək üçün gedən və orada böyrəklərində problem yaranan həmyerlimiz Elşən Həsənov vəfat edib.

Bu barədə Axar.az-a onun qardaşı Məhərrəm Həsənov məlumat verib.

O qeyd edib ki, Elşən Həsənov Sankt-Peterburqun Puşkin regionunda özəl klinikalardan birində bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, E. Həsənov Vətən müharibəsi qazisi idi.

Oxunma sayı 2028