Rusiyada koronavirus vaksininin payızda istehsalı gözlənilir

19:20 20.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirus vaksininin bu ilin payızında istehsal olunacağı gözlənilir.

Hafta.az-ın məlumatına görə, bunu ölkənin Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Gintsburq deyib.

Hazırda Rusiyada vaksinin sınaqları keçirilir. İyunun 18-dən etibarən könüllülərin peyvəndləşməsi başlayıb.

 

Peyvənddən sonra könüllülərdə hər hansı bir əks təsir müşahidə olunmayıb.