Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb

12:34 27.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 6 852 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 627 646 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 969 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 393 352 nəfər virusdan sağalıb, 225 325 nəfərin müalicəsi isə davam edir.