Rusiyada koronavirusdan ilk ölüm qeydə alındı

12:57 19.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxmuş şəxsin ölüm faktı qeydə alınıb.

Moskvada xəstəxanaların birində 79 yaşlı qadın həyatını itirib.

Onun COVID-19-la yanaşı digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, bu günə qədər ölkədə 147 yoluxma faktı qeydə alınıb.