Rusiyada borclarını ödəyə bilmədiyi üçün müflis olduğunu elan edən vətəndaşların sayı sürətlə artır.
Hafta.az-ın yazdığına görə, Ali Məhkəmənin sədri Vyaçeslav Lebedev 2023-cü ilin birinci rübündə fiziki şəxslərin iflas işlərinin ötən illə müqayisədə 30 faiz artdığını açıqlayıb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iflas hadisələrinin 30 faiz çoxaldığını bildirən Lebedev, “İflas qanunvericiliyinin daha da təkmilləşdirilməsi, məhkəmə proseslərinin sadələşdirilməsi və sürətləndirilməsi lazımdır” deyib.
Ali Məhkəmənin sədri məlumat verib ki, eyni dövrdə Rusiya vətəndaşlarından yığılan borclar 23 faiz artıb.
“İzvestiya” qəzetinin xəbərinə görə, yanvar - mart aylarında Rusiyada 76 min vətəndaş müflis elan edilib.
Ötən ilin eyni dövründə bu rəqəm 54200 olub.