Rusiyada yanğında 3 uşaq ölüb

21:29 11.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sverdlovsk vilayətinin Kamışlov şəhərində fərdi yaşayış binasında baş verən yanğında 3 uşaq ölüb.

Bu barədə Rusiyanın bölgə üzrə Fövqəladə Hallar Nazirliyinin Telegram-kanalında məlumat verilib.

“Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər 3 azyaşlının meyitini aşkar ediblər. Saat 19:05-də yanğınsöndürənlər tərəfindən yanğın lokallaşdırılıb, saat 19:08-də açıq yanğın söndürülüb”, - nazirliyin məlumatında deyilir.