Rusiyadan Üçüncü Qarabağ Müharibəsi XƏBƏRDARLIĞI

11:36 25.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çoxlarını maraqlandırır ki, Vladimir Putinin vasitəçiliyi ilə sonuncu üçtərəfli görüş niyə ötən ilin noyabrında baş tutub? Rusiya Ermənistan-Azərbaycan istiqamətində işləyir, lakin bu gün Moskvanın bütün diqqəti Ukraynaya yönəlib. Və belə üçtərəfli görüşlərdən sonra Rusiya XİN rəhbərinin azərbaycanlı və erməni həmkarlarını çağırması Moskvanın nəbzi tutduğunu göstərir.

Hafta.az xəbər verir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib:

"Üçtərəfli görüşün yekunları üzrə Şarl Mişelin bəyanatı, məncə, bir daha göstərir ki, bu danışıqlarda qəti mövqe tutan Azərbaycandır. Biz bunu əvvəllər də görmüşük. Yəni, rəsmi Bakının xoşuna gəlməyəcək təxribat xarakterli ifadələr yoxdur. Xatırladım ki, İsrailin baş naziri Ariel Şaron “buldozer”ə bənzədilib, mən burada da belə bir müqayisə aparmaq istərdim. Azərbaycan prezidenti də, qarşısına məqsəd qoyub və ona nail olacaq, o, sülh yolu ilə irəliləyir və heç kimin şübhəsi yoxdur ki, nəhayət bütün Qarabağ Azərbaycanın tam qanuni suverenliyi altına qayıdacaq. Bu mütləq olacaq.

Bunun üçün güclü diplomatik resurslar və güclü ordu var. Azərbaycan lazım gələrsə, Üçüncü Qarabağ Müharibəsini aparmağa və bütün ərazini tamamilə geri qaytarmağa hazırdır, lakin hələlik bunu hərbi yolla yox, diplomatik təzyiqlə etməyə üstünlük verir.

Ermənistan faktiki olaraq bir şeyi deyib, əməldə isə başqa bir şey edərək, Qarabağın statusu ilə bağlı Azərbaycanın şərtləri ilə razılaşmasa, Azərbaycan böyük ehtimalla, sadəcə olaraq, İrəvanla sazişləri uzatmaya bilər. Nəticədə Rusiya sülhməramlıları bölgəni tərk edəcək, Azərbaycan ordusu isə hazırda erməni separatçılarının nəzarətində olan əraziləri geri alacaq".

Oxunma sayı 7947
Gündəm rubrikasından digər xəbərlər