Rusiyalı virusoloq “omikron”un yeni ştamının daha təhlükəli olduğunu bildirib

22:11 14.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı virusoloq “omikron”un yeni ştamının daha yoluxucu və təhlükəli olduğunu bildirib.

Rusiyanın Qamaley adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin elmi işçisi Anatoli Altşteyn Çində yayılmağa başlayan “omikron” ştamının yeni BA.2 növünün çoxlu mutasiyalar səbəbindən daha yoluxucu və təhlükəli olduğunu bildirib.

O, yeni ştamın yüksək yoluxuculuğunun koronovirus pandemiyasının güclənməsinə səbəb ola biləcəyini qeyd edib. BA.2 artıq Böyük Britaniya, Fransa, Belçika, İtaliya, İsveç və Niderlandda da aşkar olunub.

Alimlərin fikrincə, BA.2 indiyədək 28 mutasiyaya uğrayıb, “omikron”un ilkin variantından 30 faiz yoluxucudur, eləcə də immunitetdən və monoklonal anticisimlərdən yan keçə bilir.