Yazını böyüt
Yazını kiçilt
Rusiyanın ən böyük qaz müştərisi hələ də Avropadır. Bu tapıntı Finlandiyada yerləşən enerji tədqiqat mərkəzi olan CREA-nın araşdırmasına daxil edilib.
Hafta.az-ın yazdığına görə, mərkəzin açıqladığı məlumatlarda deyilir ki, Rusiyanın boru kəməri ilə ixrac etdiyi təbii qazın 36 faizi Avropa Birliyinə gedir.
Son vaxtlar Rusiyadan mavi yanacaq idxalını artıran Türkiyə hazırda 31 faizlə ikinci yerdədir. Çin isə 28 faiz payla üçüncüdür.
Bu cədvəldə digər ölkələrin ümumi payı 5 faizlə məhdudlaşıb.
Mayeləşdirilmiş təbii qazın alışında da 49 faizlə Avropa İttifaqı liderdir, Çin isə 23 faizlə ikinci yerdədir. Rusiya ilə bəzi ortaq layihələri davam etdirən Yaponiya 19 faizlə üçüncüdür.
Digər ölkələr üzrə ümumi pay cəmi 10 faiz olaraq açıqlanıb.