Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri itkiləri artıq 300 min nəfəri keçib.
Hafta.az-ın Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına istinadən yazdığına görə, Rusiya ordusunun ötən il fevralın 24-dən bu günədək Ukrayna ilə döyüşlərdə verdiyi itkilər aşağıdakı kimidir:
Canlı qüvvə - 300810 nəfər, tanklar - 5211 ədəd, zirehli döyüş maşınları - 9804 ədəd, artilleriya sistemləri - 7227 ədəd, reaktiv yaylım sistemləri − 844 ədəd, hava hücumundan müdafiə sistemləri - 562 ədəd, təyyarələr - 321 ədəd, helikopterlər - 324 ədəd, əməliyyat-taktiki səviyyəli PUA - 5440 ədəd, qanadlı raketlər - 1546 ədəd, gəmilər/qayıqlar - 20 ədəd, sualtı qayıqlar - 1 ədəd, hərbi avtomobil, qoşqular və yük maşınları - 9590 ədəd, digər xüsusi texnika - 1016 ədəd.