Rusiyaya Qarabağda yeni müharibə lazım deyil - İqor Korotçenko

14:30 23.03.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Cənubi Qafqazdakı vəziyyətə "erməni eyniyi"ndən baxmamalıdır. Məlum erməni lobbisi çalışır ki, biz məsələlərə məhz erməni maraqlarından yanaşaraq Ermənistanın lehinə uyğun qərarlar verək.

Hafta.az bildirir ki, bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenko "moskva-bakı" portalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Rusiya və Ermənistanın maraqları bəzi məsələlərdə yaxın, bəzilərində isə tamamilə fərqlidir. Ermənistan da, Rusiya da suveren dövlətlərdir:

"Biz erməni yox, rus federasiyasıyıq. Erməni lobbisi və siyasi elitasının bizə nə etməli olduğumuzu sırımaq cəhdləri alınmayacaq. Etdiklərimizə görə Ermənistan Rusiyanın ətrafında fırlanmalıdır, biz onların yox. Rusiyaya Qarabağda yeni müharibə lazım deyil. Bütün səviyyələrdə bu bəyan edilib. Prezident Putin, müdafiə naziri Şoyqu və digər dövlət rəsmiləri Cənubi Qafqaza sabitliyin vacib olduğunu bəyan ediblər. Ona görə də, yenidən qisasa, yeni müharibəyə çağırışlar Rusiyanın milli maraqları ilə ziddiyyət təşkil edir. Moskva bölgədə sülhün olmasını istəyir".

Korotçenko Paşinyanın "hakimiyyətə kim gəlsə də, üçtərəfli bəyanatın şərtlərini dəyişdirə bilməz" fikirlərinə də toxunub. Onun sözlərinə görə, bu fikirlər Putinin mövqeyidir. Kreml Qarabağla bağlı vəziyyəti Paşinyana çox dəqiq izah edib. İndi isə o, bunu bütün Ermənistana başa salır: "Kreml heç kimə üçtərəfli bəyanatdan imtina etməyə imkan verməyəcək.  Qisasa səsləyən istənilən erməni siyasətçi Kremlin mənfi reaksiyası ilə üzləşəcək. Paşinyan bunu anlayır və bu barədə dəqiq siqnal ötürür. 30 il necə böyük xalq, qalib olduqlarını qışdırdılar. Nəticədə 10 min fərari... Bu səbəbdən qisas barədə qışqırmaq əvəzinə Azərbaycana münasibətdə, ətraflarına münasibətdə şovinist baxışların, milli ideologiyalarının nəticəsində düşdükləri bataqlıqdan saçlarından yapışaraq necə çıxmaları barədə düşünməlidirlər". 

Siyasət rubrikasından digər xəbərlər