Yazını böyüt
Yazını kiçilt
Türkiyə 2024-cü ilin ilk üç ayında Rusiya vətəndaşlarının ən çox təyyarə ilə səfər etdiyi istiqamətlərdən biridir.
Hafta.az-ın Yandex-in araşdırmasına istinadən yazdığına görə, bu müddət ərzində Rusiya vətəndaşlarının ən çox hava yolu ilə səyahət etdiyi ölkələr və onların orta gediş-dönüş uçuş qiymətləri aşağıdakı kimi göstərilib:
1. Türkiyə - 28600 rubl, 2. Birləşmiş Ərəb Əmirlikləri - 45400 rubl, 3. Ermənistan - 20500 rubl, 4. Tailand - 78500 rubl, 5. Özbəkistan - 26700 rubl, 6. Azərbaycan - 23700 rubl, 7. Belarus - 10700 rubl, 8. Qazaxıstan - 27100 rubl, 9. Gürcüstan - 33500 rubl, 10. Çin - 62500 rubl.