Saatlı sakinindən 5 kiloqram narkotik tapılıb

18:00 19.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.

Hafta.az-ın məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Dəllər kənd sakini Əbəlfəz Musayev saxlanılıb.

Belə ki, adıçəkilən şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətdə olan yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.