Yazını böyüt
Yazını kiçilt
Saatlıda birmərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Kamallı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin tavanının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.