Sabah 30 dərəcə isti olacaq- Proqnoz

13:25 22.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 23-28° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 % olacaq.

 

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 13-18° olacaq.

Oxunma sayı 27