“Sabah” basketbol klubu Avropa Kubokunda qələbə qazanıb

22:58 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk qələbəsini qazanıb.

Hafta.az xəbər verir ki, Azərbaycan çempionu qrupdakı dördüncü oyununda Bakıda Monteneqronun “Mornar” komandası ilə qarşılaşıb.

Görüş 81:74 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Sabah” bunadək qrupda keçirdiyi hər üç oyunda uduzub.