Sabah bütün müavinət, təqaüd və ünvanlı yardımlar ödəniləcək

10:44 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Novruz bayramı ilə əlaqədar martın 18-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.