Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

10:15 24.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah, sentyabrının 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.