Sabahdan Pfizzer-Biontex aşısı vurduranlara "iPhone 12" telefonu veriləcək

11:30 12.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çexiyada koronavirusa qarşı vaksinlənmə prosesini irəli aparmaq, yəni insanlarda aşıya həvəs yaratmaq üçün maraqlı şirnikləndirici vasitədən istifadə ediləcək.

Hafta.az-ın yazdığına görə, ölkənin Baş naziri Andrej Babis sosial mediada yazdığı mesajda bildirib ki, paytaxt Praqada sabah səhər açılacaq iki yeni aşılama mərkəzində, vaksin vurduranlar həftədə bir dəfə keçiriləcək çəkilişdə olacaqlar. Çəkilişdə iştirakçılara "Apple" markalı "iPhone 12" mobil telefon, bundan əlavə, idman ayaqqabası və oyun endirmə platformu olan "Steam"də istifadə ediləcək endirim kuponu veriləcək. 

Məlumatlara görə, virusun daha çox 16-29 yaş arasında gənclərdə görüldüyünü və Covid-19-un Hindistanda ortaya çıxan "Delta" variantının məhz bu yaşda insanlarda daha sürətlə yayıldığını deyən Babis, bu yolla gənc əhalini vaksin mərkəzlərinə cəlb edə biləcəklərini düşündüklərini bildirib. 

Babis onu da deyib ki, Tibbi Risqlər Şurasında Pfizer-BioNTech aşısı üzrə, cümə axşamı günündən etibarən vaksin vurduranlara dozalar arasında müddəti 21 günə endirməyi təklif edəcək.

Qeyd edək ki, Səhiyyə naziri Adam Vojteç də Çexiyada artan mutasiya hallarını nəzərə alaraq dozalar arasında vaxtı qısaltmağı təklif eləmişdi. 

Təxminən 10,5 milyon nəfər əhalisi olan Çexiyada aşılamanın başladığı dekabr ayından indiyədək 8,8 milyondan çox doza vurulub. Əhalinin hər üç nəfərdən biri - 3,8 milyon nəfər Covid-19-a qarşı hər iki doza aşını vurdurub.