Sabahdan teledərslərin təkrar yayımına başlanılır

17:41 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verir.

 

Nazirlikdən hafta.az-a verilən məlumata görə, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.

 

Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.

 

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür.

 

  
 
Oxunma sayı 25