Sabahdan Türkiyədə məscidlər açılacaq

15:26 28.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 29-dan Türkiyədə məscidlərdə Cümə namazının qılınmasına icazə veriləcək.

Hafta.az xəbər verir ki, bu haqda məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Ankara, İstanbul və İzmirdə mayın 29-da Cümə namazına açıq olacaq məscidlərin siyahısı açqlanıb.

Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən karantin tədbirləri nəticəsində Türkiyədə məscidlərdə toplaşmaq, o cümlədən Cümə manazının qılınması qadağan olunmuşdu. 

Oxunma sayı 2151