Sabahın hava proqnozu

12:40 11.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.