Sabahın hava proqnozu

12:42 13.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.