Şabranda COVID xəstəsi ictimai yerdə saxlanıldı

17:51 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, rayon sakini Nicat Quliyev COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

 

Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

 

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 42