Yazını böyüt
Yazını kiçilt
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın məlumatında qeyd edilib.
Bildirilib ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.