Azərbaycan ərazisində ləğv edilmiş qondarma separatçı-terrorçu rejimin prezidenti Samvel Şaxramanyan iddia edir ki, o, sonuncu erməni kimi Qarabağı tərk edib.
Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
“O, Qarabağı necə tərk edə bildi, digər keçmiş “president”lər getmədi” -deyə soruşduqda, Şaxramanyan cavab verib ki, bu barədə sonra danışacaq.
O, azərbaycanlıların separatçı-terrorçu rejimin digər “prezident”lərini(söhbət hazırda Bakıda mühakimə olunan Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyandan gedir- S.L.) necə ələ keçirdiklərini gördüyünü iddia edib.
"Sonra təfərrüatlı şəkildə bu suala qayıdacağıq. Gizlədəcək heç nəyimiz yoxdur. Hazırda bizim bəyanatlarımıza müdaxilə etmək və ya zərər vermək istəmədiyimiz proseslər var. Bizim təmkinimiz bununla bağlıdır", - Şaxramanyan İrəvanda qondarm “soyqırım” memorialında jurnalistlərlə söhbətində deyib.
O, həmçinin əlavə edib ki, hazırda ləğv olunmuş rejimin “prezident”i vəzifəsinə namizədliyini yenidən irəli sürmək niyyətində olub-olmayacağı ilə bağlı dəqiq qərarı yoxdur.