Susseks hersoqu Şahzadə Harri xatirələrində böyük qardaşı Uilyam ilə davasının təfərrüatlarını bölüşüb. Bu barədə Britaniyanın “The Guardian” qəzeti onun memuarlarına istinadən məlumat yayıb.
Kitabda hadisənin 2019-cu ildə Londonda baş verdiyi iddia edilir. Münaqişə Böyük Britaniya kralı III Çarlzın kiçik oğlunun həyat yoldaşı amerikalı Meqan Markla görə yaranıb. Harrinin sözlərinə görə, Uilyam qardaşına kömək etmək istədiyini bildirərək münasibətlərindəki "fəlakəti" müzakirə etməyə gəlib. Eyni zamanda Britaniya taxt-tacının varisi Marklı “çətin”, “kobud” və “əsəbi” adlandırıb, bununla da mətbuatın leytmotivini təkrarlayıb.
Kitabda iddia olunur ki, şifahi mübahisə “fiziki hücumla” başa çatıb. Sasseks hersoqu deyir: "O, yaxamdan tutdu, boyunbağımı qoparıb yerə yıxdı". Nəticədə Şahzadə Harri kürəyinin altından çatlamış it qabının üzərinə yıxılıb. "Mən orada bir müddət yatdım, heyrətə gəldim, sonra ayağa qalxdım və ona getməsini söylədim" o deyib.
Daha əvvəl şahzadə Harri atası Kral III Çarlz və qardaşı Şahzadə Uilyam ilə münasibətlərdə ailə istiliyinin olmadığını bildirmişdi.