Şahzadə Uilyam heç vaxt qardaşına tam etimad etməyəcək - İDDİA

13:24 09.07.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Britaniya şahzadəsi Harri kraliyyət ailəsində islahatlar aparmaq istəyilə qohumlarının etimad limitini tamamilə tükədib.

Hafta.az Daily Mirror nəşrinə istinadla xəbər verir ki, Kraliyyət ailəsi üzrə ekspert Kamilla Tomini əmindir ki, şahzadə Harri Meqan Marklla evliliyinə qədər də ailəsi ilə problemlər yaşayırdı. O, hər vəchlə qaydaları dəyişdirmək istəyirdi.

"Harri və Uilyam: doğru olmayan nə idi" sənədli filmində Tomini bildirir ki, şahzadə dəfələrlə mövcud qaydalara əməl etməməyə çağırıb. Meqanla tanışlıq isə isə onun dəyişikliklərə meylliliyini daha da artırıb.

Kraliyyət ailəsi üzrə bioqraf Kolin Kempbellin sözlərinə görə isə, Harri qardaşı Uilyamın etimadını yenidən qazanmaq üçün xeyli vaxt sərf etməlidir. Lakin tam etimad heç vaxt olmayacaq.