Samuxda ev yanıb

21:28 13.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Qarabağlar kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.