Sankt-Peterburqda hərbi komissarlığa yanğın törətməkdə şübhəli bilinən yerli sakin Maksim Əsriyan həbs edilib. Hafta.az bildirir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
“Əsriyan sentyabrın 30-dan gec olmayaraq ekstremist baxış və mövqelərə sadiq qalaraq, mövcud hökumətdən və həyata keçirilən siyasətdən, xüsusən də Ukrayna silahlı qüvvələrinə dəstək verən NMD-nin fəaliyyətindən narazı qalaraq terror aktı törətmək qərarına gəlib. Sankt-Peterburq şəhərinin hərbi komissarlığının binasını əhalini qorxutmaq məqsədi ilə yanğın törədib və xeyli maddi ziyan vurub”, - məlumatda deyilir.
İstintaqın məlumatına görə, həmin şəxs kirayədə qalaraq, hədəf olaraq Frunzenski rayonunun hərbi komissarlığını seçib. Bundan sonra o, iki butulka tez alışan maye alıb, hərbi komissarlığa gedib, lakin o, binanı yandıra bilməyib - komissarlığı Milli Qvardiyanın əməkdaşları qoruyub.
Əsriyan günahını etiraf edib. Faktla bağlı “terror aktına hazırlıq” maddəsi ilə cinayət işi başlanıb.