Şavkat Mirziyoyev: Bu gün yazılan tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq

14:42 23.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır, amma indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Özbəkistanın dövlət başçısı qeyd edib: “Biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq”.