Səbinə Əvəzqızı ağır xəstəliyə tutulub

12:15 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.

Hafta.az xəbər verir ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır. Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.

Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.

Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. “Yeni Müsavat”, “Gün Səhər” qəzetlərində, “Həftə içi” qəzetinin Hafta.az saytında işləyib.

Hazırda Lent.az saytının redaktorudur.

Oxunma sayı 366
Media rubrikasından digər xəbərlər