Seçki məntəqələri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz ediləcək

12:07 22.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərişıq" ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.

Hafta.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin bildirdiyinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.

Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin secki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq.