Yazını böyüt
Yazını kiçilt
Bölgələrdə şəhidlərimizin dəfni ilə bağlı izdihamlı vida mərasimləri təşkil olunur.
AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin son təxribatlarını qəhrəmancasına dəf edərkən şəhid olan hərbi qulluqçularımızdan biri də Qurbanzadə Cəmil Anar oğludur. Bu gün şəhidimizin nəşi doğulduğu Astara rayonuna gətirilib. Astaralılar şəhid Cəmil Qurbanzadənin cənazəsini böyük izdihamla qarşılayıb, son mənzilə yola salıblar.
Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 19 yaşlı Cəmil Qurbanzadə subay idi.