Səhiyyə naziri karantin rejimini pozduğuna görə istefa verdi - Yeni Zelandiyada

10:31 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.

Hafta.az xəbər verir ki, bu barədə iyulun 2-də “Otago Daily Times” qəzeti məlumat yayıb.

Məsələni şərh edən Baş Nazir Casinda Ardernin sözlərini sitat gətirən qəzet yazır: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındırır”. Buna görə də Baş Nazir onun istefasını qəbul etdiyini bildirib.

Sentyabrın 19-da keçiriləcək parlament seçkilərinə qədər həmin vəzifəni Təhsil naziri Kris Hipkinz tutacaq.

Oxunma sayı 669