Səhiyyə naziri mətbuat katibi ilə öpüşərkən yaxalandı

13:00 25.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla vaxtında və doğru-dürüst mübarizə apara bilməməsi səbəbindən uzun müddət tənqid obyekti olmuş İngiltərənin səhiyyə naziri Matt Hancock daha bir qalmaqalla üzləşib.

Hafta.az yazır ki, Boris Conson hökumətinin ən qalmaqallı nazirlərindən olan 42 yaşlı Hancockun, bu dəfə özünün mətbuat katibi olan Gina Koladangelo ilə sevişdiyi üzə çıxıb. "The Sun" qəzetinin yazdığına görə, cəmiyyətə örnək sayılmalı olan nazir bununla da 15 ildir evli olduğu, üç övladının anası Marta Hancocka xəyanət edib. 

"The Sun"un müxbirləri, nazirin öz sözçüsü ilə sevişdiyini eşidər-eşitməz onu təqibə alıb və günlərin birində onları öpüşdükləri yerdəcə yaxalaya bilib. Qəzet yazır ki, cütlüyün biabırçı şəkilləri nazir Hancockun Vhitehalldakı ofisində may ayının 6-da çəkilib.

Məlumatda bildirilir ki, 43 yaşlı Koladangelo ötən ildən nazirin mətbuat katibi vəzifəsində çalışır. Onun nazir Hancockla uzun illər öncədən tanış olduqları deyilir. Hətta araşdırmaya görə, nazır Hancockla xanım Koladangelo Oksford Universitetində bir yerdə oxuyublar və elə o vaxtdan aralarında isti münasibət olub.