Şəkidə birmərtəbəli evdə yanğın olub

22:25 12.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərində ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin tavanında bacanın ətrafı 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.