Şəkidə uşaq bağçasının yerləşdiyi binada yanğın olub

11:23 01.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərinin Baş Göynük kəndində ümumi sahəsi 400 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın zirzəmisində taxta tullantıları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.