Səmaya PUA buraxan rusiyalı həbs edildi

18:29 29.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Norveçdə bir rusiyalı səmaya pilotsuz təyyarə buraxdığına görə 120 gün həbs cəzasına məhkum edilib. İşə baxıldığı 49 günlük müddət də nəzərə alınır.

Hafta.az xəbər verir ki, bu barədə yerli "NRK" teleradio şirkəti məlumat yayıb.

Qeyd olunur ki, işə görə, rusiyalı avqustun 27-dən oktyabrın 11-dək 47 dəfə dronu havaya buraxıb.

Bundan əvvəl Norveç məhkəməsi pilotsuz uçaqlar buraxmaqda ittiham olunan 34 yaşlı rusiyalıya 90 sutka həbs cəzası verib.

Oxunma sayı 1591