Şəmkirdə 4 otaqlı ev yanıb

21:57 24.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 130 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.