Sənaye zonalarında 30 sahibkara rezident statusu verilib

13:39 23.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaradılmasından 2 il keçir. Bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, bu rezidentlər tərəfindən təxminən 5,2 milyard manatlıq məhsul istehsal edilib. Bunun 1,9 milyard manat dəyərində olan hissəsi ixrac edilib.